İlham Əliyev və Rob Jetten arasında telefon danışığı olub - FOTO


Azərbaycan Prezidenti İlham Əliyev Niderlandın Baş naziri Rob Jetten ilə telefon danışığı aparıb.

Turkustan.az xəbər verir ki, bu barədə İlham Əliyev "X" sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımda deyilir:

"Bu gün Niderlandın Baş naziri Rob Jettendən telefon zəngi aldım. Siyasi dialoqumuzu və iqtisadi əməkdaşlığımızı daha da dərinləşdirmək barədə razılığa gəldik. Regional inkişaflar barədə də fikir mübadiləsi apardıq və mən Niderlandın davamlı sülhə dəstəyini alqışlayıram".


MANŞET XƏBƏRLƏRİ