İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ABŞ ilə əldə olunan razılaşmanın iyunun 19-da İsveçrədə imzalanması planlaşdırılır.
Turkustan.az xəbər verir ki, onun sözlərinə görə, sənədin imzalanmasından sonra yekun razılaşmaya nail olmaq məqsədilə İran və ABŞ arasında yeni danışıqlar mərhələsi başlayacaq. Əraqçi qeyd edib ki, təxminən 60 gün davam edəcək bu proses nüvə proqramı və sanksiyaların ləğvi məsələlərini əhatə edəcək.
Nazir həmçinin bildirib ki, razılaşma Livandakı müharibənin dayandırılmasını da nəzərdə tutur. Onun sözlərinə görə, müharibənin tam başa çatması İsrail qüvvələrinin Livan ərazisindən çıxarılmasını da əhatə edir.
Əraqçi vurğulayıb ki, İsrailin Livana qarşı hər hansı yeni hərbi əməliyyatı və ya işğalın davam etdirilməsi İran tərəfindən razılaşmanın pozulması kimi qiymətləndiriləcək.
Aytən Yaşar/ Turkustan.az