Polşada həkim keçmiş evinin bağçasında basdırılmış onlarla insan dölünün tapılmasından sonra saxlanılıb.
Turkustan.az xarici KİV-lərə istinadən bildirir ki, 57 yaşlı məhkəmə-patoloq Magdalena H. müxtəlif tədqiqat və təcrübələrdə döllərdən istifadə etməkdə şübhəli bilinir.
Hazırda Avropanın ən sərt abort qanunlarına malik ölkələrindən biri olan Polşada bu qədər dölün necə əldə edildiyi araşdırılır.
Həkimə qarşı insan qalıqlarına hörmətsizlik, tibbi tullantıların qeyri-düzgün atılması və təhlükəli materialların icazəsiz saxlanması da daxil olmaqla, müxtəlif ittihamlar irəli sürülüb.
Bağçada aparılan axtarışlar nəticəsində ən azı 34 insan dölü aşkar edilib.
Yerli bir xəbər agentliyinə danışan adı açıqlanmayan mənbələr iddia etdi ki, Magdalena H. Covid-19 pandemiyası zamanı işlədiyi Rzeszow şəhərindəki xəstəxanadan döl götürüb və evində müxtəlif müayinələr aparıb.
Həkim ona qarşı irəlü sürülən ittihamların heç birini qəbul etməyib. /BakuPost/