İran Xarici İşlər nazirinin müavini Məcid Taxt Rəvançı bildirib ki, ABŞ 14 iyun tarixində iki ölkə arasında razılaşma imzalanmazdan əvvəl İran gəmilərinə qarşı tətbiq olunan dəniz məhdudiyyətlərini qismən yumşaldıb.
Turkustan.az xəbər verir ki, İran mətbuatının məlumatına görə, Rəvançi bu açıqlamanı xarici işlər naziri Hossein Amir-Abdollahian və xarici ölkələrin səfirləri arasında keçirilən görüşdən sonra jurnalistlərin suallarını cavablandırarkən verib.
O qeyd edib ki, ABŞ tərəfi razılaşma çərçivəsində Hörmüz boğazı üzərində gəmilərin hərəkətinin asanlaşdırılmasını və dəniz blokadasının mərhələli şəkildə aradan qaldırılmasını nəzərdə tutub.
Rəvançinin sözlərinə görə, “blokadanın qaldırılması əvvəldən əsas tələbimiz idi və razılaşma imzalanmadan əvvəl bunun bir hissəsi artıq yumşaldılıb”.
Məlumata əsasən, ABŞ, İran və Pakistanın vasitəçiliyi ilə aparılan danışıqlardan sonra tərəflər regionda hərbi gərginliyin azaldılmasını və mümkün eskalasiyanın qarşısının alınmasını hədəfləyən anlaşma memorandumu üzrə razılığa gəliblər.
Aytən Yaşar/ Turkustan.az