İsrail İranı xəritədən təkbaşına silmək, onu elektrik enerjisindən, sudan və qidadan məhrum etmək gücünə malik olsa da, ABŞ-nin qərarlarına hörmət etdiyi üçün bu addımı atmır.
Turkustan.az xarici mətbuata istinadla xəbər verir ki, bunu İsrailin mədəniyyət və idman Naziri Miki Zohar deyib.
İsrail mətbuatında yer alan xəbərlərə görə, Zohar İran rejiminin yaşamasında ABŞ-ni günahlandırıb və Vaşinqtonun Tehranda "hökuməti devirmək" üçün qoşun göndərməməyi seçdiyini iddia edib.
İsrailin 13-cü Kanal televiziyasının məlumatına görə, Vaşinqton və Tehran arasında əldə edilən razılaşma İsraildə təəccüblə qarşılanıb.
Adı çəkilməyən İsrail rəsmiləri razılaşmanın Tel-Əvivi çətin vəziyyətə saldığını bildirib və hadisəni "İsrailin avtobusun altına atılması" kimi təsvir ediblər. /bakivaxti.az/