İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ABŞ-a planlaşdırdığı səfəri viza proseduru ilə bağlı yaranan çətinliklər səbəbindən ləğv edib.
Turkustan.az xəbər verir ki, “Haaretz” qəzetinin məlumatına görə, Ben-Qvir israilli iş adamı Yaakov Elhararın qızının toyunda və bir sıra diplomatik görüşlərdə iştirak etmək məqsədilə ABŞ vizası üçün müraciət edib.
Məlumata əsasən, ABŞ səfirliyi onu viza prosedurunun tərkib hissəsi kimi barmaq izlərini təqdim etməyə dəvət edib. Bundan sonra Ben-Qvir ABŞ səfərini ləğv etmək qərarı verib.
İsrail mediası qeyd edir ki, Ben-Qvir digər nazirlər kimi diplomatik viza almaq hüququna malikdir. Bununla belə, ABŞ səfirliyinin ondan barmaq izləri tələb etməsi ölkə mətbuatında qeyri-adi addım kimi qiymətləndirilib.
Aytən Yaşar/ Turkustan.az