İsraildən ABŞ-İran razılaşmasına sərt reaksiya: “Bu, bizim üçün şokdur"


İsrail rəsmiləri ABŞ və İran arasında əldə olunduğu bildirilən razılaşmanı “şokedici” adlandıraraq, bunun Təl-Əvivin gözləntilərinə zidd olduğunu vurğulayıblar.

Turkustan.az xəbər verir ki, İsrailin 13-cü Kanal televiziyasının məlumatına görə, Vaşinqton və Tehran arasında əldə edilən anlaşma ölkədə təəccüblə qarşılanıb. Adları açıqlanmayan rəsmilər razılaşmanın İsraili çətin vəziyyətə saldığını bildirərək, bunu “İsrailin avtobusun altına atılması” kimi qiymətləndiriblər.

Kanalın istinad etdiyi yüksək vəzifəli bir mənbə ABŞ-İran razılaşmasını “İsrail üçün şok” adlandırıb. Həmin mənbənin sözlərinə görə, Təl-Əviv uzun müddətdir Vaşinqton və Tehran arasında aparılan danışıqların nəticəsiz qalacağını gözləyirdi.

Məlumatda həmçinin qeyd olunur ki, iyunun 14-də İsrailin baş naziri Benyamin Netanyahu ilə ABŞ-ın vitse-prezidenti JD Vens arasında gərgin telefon danışığı baş tutub. İddialara görə, söhbət zamanı İsrailin Livandakı hərbi fəaliyyəti və bölgədəki vəziyyət müzakirə edilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ