İran və İsrail arasında qarşıdurmanın davam etdiyi bir vaxtda ABŞ-a məxsus hərbi helikopterin Hörmüz boğazı yaxınlığında qəzaya uğradığı bildirilir.
Turkustan.az xəbər verir ki, hadisənin İranın atəşi nəticəsində, yoxsa texniki nasazlıq səbəbindən baş verdiyi hələlik dəqiqləşdirilməyib.
Məlumata görə, ABŞ ordusuna məxsus Apache hücum helikopteri bazar ertəsi Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb. Helikopterdə olan hər iki ekipaj üzvü isə sağ-salamat xilas edilib.
"New York Times" qəzetinin yazdığına görə, qəzanın səbəbi ilə bağlı araşdırmalar davam edir. Nəşr qeyd edir ki, helikopterin İran qüvvələrinin atəşi nəticəsində vurulub-vurulmadığı və ya texniki nasazlıq səbəbindən qəzaya uğradığı hələ müəyyənləşdirilməyib.
ABŞ Prezidenti Donald Tramp da xəbərlə bağlı açıqlama verib. O, pilotların vəziyyətinin yaxşı olduğunu bildirib və hadisə ilə bağlı rəsmi hesabatın daha sonra ictimaiyyətə təqdim ediləcəyini qeyd edib.
Aytən Yaşar/ Turkustan.az