İrlandiya hökuməti İsrailin Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvir və Maliyyə Naziri Bezalel Smotriçə qarşı səyahət sanksiyaları tətbiq edib.
Turkustan.az xəbər verir ki, İrlandiya Ədliyyə Nazirliyinin yaydığı məlumata görə, qərar Baş nazir Maykl Martinin göstərişi əsasında qəbul olunub və hər iki nazirin ölkəyə girişinə qadağa qoyulub.
Nazirliyin açıqlamasında qeyd olunub ki, qərar Qəzzada dərinləşən humanitar böhran fonunda qəbul edilib. Bildirilib ki, aidiyyəti dövlət qurumlarına Ben-Qvir və Smotriçin İrlandiyaya daxil olmaq cəhdlərinin qarşısının alınması və onların ölkəyə buraxılmaması ilə bağlı göstəriş verilib.
Məlumata görə, sözügedən qadağa əlavə parlament və ya kabinet təsdiqi tələb olunmadan qüvvəyə minib.
Aytən Yaşar/ Turkustan.az