Starmer: Rusiya 4 il ərzində NATO-ya hücum edə bilər


Böyük Britaniyanın Baş naziri Kir Starmer müdafiə sənayesi müəssisəsinə səfəri zamanı ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinin vacibliyindən danışıb.

Turkustan.az xəbər verir ki, Starmer bildirib ki, Böyük Britaniya və NATO müttəfiqlərinin kəşfiyyat qiymətləndirmələrinə görə, Rusiya 2030-cu illərin əvvəllərində NATO-ya qarşı mümkün hücum potensialına malik ola bilər.

“Əgər bunun nə qədər vacib olduğunu xatırlatmağa ehtiyac varsa, həm bizim, həm də NATO-dakı digər ölkələrin kəşfiyyat qiymətləndirmələrinə əsasən, Rusiya 2030-cu illərin əvvəlində NATO-ya hücum edə bilər”, – deyə Baş nazir vurğulayıb.

Starmer həmçinin müdafiə investisiyalarının artırılmasının əhəmiyyətinə diqqət çəkib. Onun sözlərinə görə, yaxın həftələrdə açıqlanacaq müdafiə investisiya planı ölkənin gələcək müdafiə imkanlarının gücləndirilməsinə yönələcək.

Baş nazir qeyd edib ki, müdafiə xərclərinin artırılması yeni iş yerlərinin yaradılmasına da töhfə verəcək:

“Bu plan ölkəmizi qorumaq üçün lazım olan gələcək imkanların formalaşdırılmasına xidmət edəcək. Eyni zamanda, müdafiə sənayesində daha çox, yüksək maaşlı və ixtisaslı iş yerlərinin yaradılmasına şərait yaradacaq”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ