Ağ Ev İran mediasında ABŞ–İsrail müharibəsinin dayandırılması ilə bağlı “anlaşma memorandumu” barədə yayılan məlumatları təkzib edib.
Turkustan.az xəbər verir ki, Ağ Evin açıqlamasında İran dövlət televiziyasının ABŞ və İran arasında mümkün sülh razılaşmasına dair yaydığı xəbərin “qeyri-dəqiq” və “tamamilə uydurma” olduğu bildirilib.
İran mediasında yayılan iddiaya görə, ilkin layihə çərçivəsində İranın Hörmüz boğazında kommersiya dəniz nəqliyyatını bir ay ərzində müharibədən əvvəlki səviyyəyə qaytarması, bunun qarşılığında isə ABŞ-ın bölgədəki hərbi qüvvələrini azaltması və dəniz blokadasını ləğv etməsi nəzərdə tutulurdu.
Həmin layihədə həmçinin Hörmüz boğazında gəmilərin hərəkətinin İran və Oman arasında əməkdaşlıqla tənzimlənəcəyi və 60 gün ərzində yekun razılaşma əldə olunarsa, sənədin BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə rəsmiləşdirilə biləcəyi iddia edilirdi.
Aytən Yaşar/ Turkustan.az