Çin ABŞ-ın Kubaya təzyiqlərinə qarşı çıxdı


Çin Xarici İşlər Nazirliyi Kubanın milli suverenliyini, təhlükəsizliyini və inkişaf maraqlarını qorumaq səylərini dəstəklədiyini bildirib.

Turkustan.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq Kubanın xarici işlər naziri Bruno Rodrigez Parrillanın ABŞ-ın Kubaya qarşı hərbi təhdidlərini artırdığı barədə açıqlamasına münasibət bildirib. Bu gün Pekində keçirilən mətbuat konfransında çıxış edən Mao bildirib ki, Çin bütün ölkələrin milli suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmağı dəstəkləyir.

Mətbuat katibi Mao Ninq beynəlxalq münasibətlərdə hərbi güc tətbiqinə və ya təhdidinə həmişə qarşı olduqlarını qeyd edərək dedi: “Ölkələr heç bir bəhanə ilə digər dövlətlərin suverenliyini pozmamalı və ya onların daxili işlərinə qarışmamalıdır. Bütün tərəflər beynəlxalq hüquqa və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin məqsəd və prinsiplərinə riayət etməlidirlər”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ