Çinin xarici işlər naziri Vanq Yi ABŞ prezidenti Donald Trampın Çinin Panama kanalındakı mövcudluğu ilə bağlı açıqlamalarından sonra Panama hökumətinə münasibətlərin üçüncü tərəflər tərəfindən pozulmaması barədə mesaj göndərib.
Turkustan.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, Vanq Yi panamalı həmkarı Xavyer Martinez-Aça ilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının iclası çərçivəsində görüşüb.
Vanq bildirib ki, Çin və Panama arasında diplomatik münasibətlərin qurulmasından sonrakı doqquz il ərzində əlaqələr sabit inkişaf edib və hər iki ölkə üçün faydalı olub. O əlavə edib ki, “Çinin Panama ilə münasibətləri üçüncü tərəflərə yönəlməyib və buna görə də üçüncü tərəflər tərəfindən pozulmamalıdır.”
Aytən Yaşar/ Turkustan.az