Yaxın Şərqdəki müharibədən ən çox ABŞ və Rusiya faydalanıb”.
Turkustan.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti məlumat yayıb.
“Bir neçə Fars körfəzi ölkəsi ixracda kəskin azalma yaşadı. Fars körfəzindən neft daşınması üçün əsas marşrut olan Hörmüz boğazının effektiv şəkildə bağlanması qlobal neft və yanacaq qiymətlərinin kəskin şəkildə artmasına səbəb oldu. Bu fonda ABŞ neft, dizel və digər enerji məhsullarının ixracını artırmağı bacardı”, – deyə bildirilib.
Nəşrin məlumatına görə, ABŞ-ın dəniz yolu ilə enerji daşınmaları illik müqayisədə 145 milyon barel artaraq təxminən 50 milyard dollar əlavə gəlir əldə edib.
Məqalədə həmçinin qeyd olunur ki, Rusiyanın dəniz yolu ilə neft ixracatı təxminən 592.000 barel azalsa da, qlobal qiymətlərin artması Moskvaya təxminən 15 milyard dollar əlavə gəlir əldə etməyə imkan verib./Globalinfo.az