ABŞ prezidenti Donald Tramp Çin lideri Si Cinpinin Boeing şirkətindən 200 sərnişin təyyarəsi almağa razılıq verdiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Tramp bu sifarişin ABŞ iqtisadiyyatı və məşğulluq bazarı üçün mühüm əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, razılaşma minlərlə yeni iş yerinin açılmasına imkan yaradacaq.
Tramp Fox News telekanalına müsahibəsində Çinlə aparılan danışıqlarda ciddi irəliləyiş əldə olunduğunu deyib. ABŞ prezidenti qeyd edib ki, əldə olunan razılaşmalar arasında ən diqqətçəkən məqamlardan biri Çinin Boeing-dən 200 iri sərnişin təyyarəsi sifariş etməsidir.
“Razılaşdığımız məsələlərdən biri də onların 200 təyyarə almasıdır. Bu, Boeing üçün böyük uğur və ABŞ üçün çox sayda yeni iş yeri deməkdir”, – deyə Tramp bildirib.
ABŞ mediasının məlumatına əsasən, Tramp bu sifarişin Boeing üçün tarixi əhəmiyyət daşıdığını və Çinlə iqtisadi münasibətlərdə yeni mərhələnin göstəricisi olduğunu vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az