Macarıstanın Baş naziri Peter Magyar sələfi Viktor Orbanın dövründə tətbiq edilən fövqəladə vəziyyətin ləğv edildiyini elan etdi.
Turkustan.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində məlumat verib.
"Bu gündən etibarən Macarıstanda fövqəladə vəziyyət sona çatır və bununla yanaşı, altı il əvvəl Orban hökuməti tərəfindən tətbiq edilən fərmanla hökumət rejiminə də son qoyuruq", - deyə, Magyar qeyd edib.
O, bu addımı normal həyata qayıtmaq adlandırdı.
Euronews-un qeyd etdiyi kimi , fövqəladə vəziyyət ilk dəfə Orban hökuməti tərəfindən 2020-ci ildə COVID-19 pandemiyasına cavab olaraq tətbiq edilib.
2022-ci ildə Rusiyanın Ukraynaya tammiqyaslı hücumundan sonra bu rejim genişləndirildi və Orban müharibə ilə əlaqəli təhlükəsizlik və humanitar riskləri qeyd etdi.
Aytən Yaşar/ Turkustan.az