NATO-nun ən güclü orduları açıqlandı - Türkiyə bu ölkələri geridə qoydu


2026-cı il üçün NATO-nun ən güclü ordularının siyahısı açıqlanıb.

Turkustan.az xəbər verir ki, “Global Firepower” tərəfindən hazırlanan hesabatda ən güclü ordusu olan 10 ölkə yer alıb.

Siyahının ilk üçlüyündə ABŞ, Fransa və Böyük Britaniya qərarlaşıb.

Türkiyə diqqətçəkən yüksəlişlə 4-cü sırada yer alıb.

Həmçinin siyahını ardıcıllıqla İtaliya, Almaniya, İspaniya, Polşa, İsveç və Kanada tamamlayır.

Qlobal müdafiə potensialının 60-dan çox meyar əsasında qiymətləndirildiyi reytinqdə Türkiyənin bir sıra NATO ölkələrini geridə qoyması diqqət çəkib./publika.az


MANŞET XƏBƏRLƏRİ