Dünyanın izlədiyi zirvə görüşü! Trampdan Çin liderinə iki təəccüblü təklif


Donald Trampın Çinə tarixi səfəri zamanı Xi Jinping ilə yüksək səviyyəli görüş keçirilib.

Turkustan.az xəbər verir ki, görüşə ABŞ-ın aparıcı şirkətlərinin rəhbərləri də qatılıb. Danışıqlardan sonra tərəflər şam yeməyində bir araya gəlib və müzakirələrin konstruktiv keçdiyi bildirilib.

Tramp açıqlamasında ABŞ–Çin münasibətlərinin tarixi köklərə malik olduğunu vurğulayıb:

“Amerika və Çin xalqları arasındakı dostluq ABŞ-ın yaranmasına qədər gedib çıxır. İlk missiyamız 1784-cü ildə Çin sahillərinə çatıb. Bu gün isə münasibətlərimiz dünya tarixində ən vacib əlaqələrdən birinə çevrilib.”

O, iki ölkə arasında qarşılıqlı hörmətin əsas rol oynadığını deyib:

“Hər iki tərəfdə böyük hörmət və qarşılıqlı heyranlıq var. Bu, xalqlarımızın potensialını əks etdirir.”

Donald Tramp həmçinin Xi Jinpingi 24 sentyabrda Ağ Evə dəvət edib və danışıqları “çox məhsuldar” adlandırıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ