İrəvanın siyasəti Rusiyaya qarşı yönəlməyib.
Turkustan.az news.am-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.
"Ermənistanın Rusiyaya boylanaraq milli maraqlarını təmin etməsi yanaşması səhvdir. Ermənistan Rusiyaya qarşı heç bir addım atmır. Ermənistan öz təhlükəsizliyini təmin edir və öz siyasətini yürüdür", - Simonyan jurnalistlərə Ermənistandakı Avropa hadisələrinin Rusiya ilə münasibətlərə təsirini şərh edərkən deyib.
"Gəlin seçim edək: ya diz çöküb, Rusiyanın və ya Fransanın çəkmələri altında yaşayaq, ya da kiçik ölkəmizin ağası olmağa çalışaq. Biz bir böyük qardaşı digəri ilə dəyişdirmirik", - deyə o əlavə edib.
Simonyan qeyd edib ki, keçmişdə Ermənistan Rusiya ilə münasibətlərində diz çöküb:
"Bütün siyasi vəziyyətimiz Rusiya ilə əlaqələndirilib". /Yeni Sabah/