ABŞ və İran arasında Hörmüz boğazı ətrafında artan gərginlik mülki dəniz nəqliyyatına təsir göstərməkdə davam edir.
Turkustan.az xəbər verir ki, Fransanın logistika şirkəti CMA CGM-yə məxsus “San Antonio” yük gəmisi boğazdan keçərkən hücuma məruz qalıb.
Şirkətin açıqlamasına görə, hadisə zamanı gəmi ciddi zərər görüb və heyət üzvləri arasında yaralananlar var.
CMA CGM bildirib ki, hücumdan dərhal sonra yaralı heyət üzvlərinin təxliyəsinə başlanılıb. Onlar gəmidən çıxarılaraq tibbi yardım alıblar və vəziyyətləri yaxından izlənilir.
Aytən Yaşar/ Turkustan.az