İran Silahlı Qüvvələri son günlərdə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) qarşı heç bir hücum həyata keçirmədiklərini bildirib.
Turkustan.az xəbər verir ki, Fars Xəbər Agentliyi İran Silahlı Qüvvələrinin döyüş idarəetməsindən məsul olan Xatəmül-Ənbiya Mərkəzi Qərargahının sözçüsü polkovnik-leytenant İbrahim Zülfiqarinin açıqlamasını yayımlayıb.
Bəyanatda son günlərdə BƏƏ-yə qarşı heç bir raket və ya pilotsuz təyyarə əməliyyatının həyata keçirilmədiyi bildirilir və BƏƏ Müdafiə Nazirliyinin məsələ ilə bağlı hesabatının həqiqəti əks etdirmədiyi vurğulanır.
Bəyanatda deyilir: "İran Silahlı Qüvvələri son günlərdə BƏƏ-yə qarşı heç bir raket və ya pilotsuz təyyarə əməliyyatı keçirməyib. Əgər hər hansı bir tədbir görülsəydi, biz bunu açıq və qətiyyətlə elan edərdik".
Aytən Yaşar/ Turkustan.az