Erməni ekspert: “Ermənistanı Avropa İttifaqına yox, Türkiyəyə və türk dünyasına aparırlar”


Erməni politoloq Beniamin Matevosyan İrəvanda keçirilən Avropa Siyasi Birliyi sammitini şərh edib.

Turkustan.az xəbər verir ki, Ermənistanın Avropa İttifaqına üzvlük perspektivinin olmadığını bildirib.

Matevosyanın sözlərinə görə, Ermənistan hakimiyyəti ölkəni Avropaya apardığı görüntüsünü yaratmağa çalışır:

“Ermənistanın Avropa İttifaqına daxil olmaq perspektivi yoxdur. Hakimiyyət bunu yaxşı anlayır. Amma vətəndaşlara respublikanı Avropaya apardıqlarını göstərmək üçün görüntü lazımdır”.

O qeyd edib ki, Ermənistanın Avropa yolu Gürcüstanın perspektivi ilə əlaqələndirilir, halbuki Gürcüstanın Avropaya inteqrasiya prosesi hazırda faktiki olaraq dondurulub.

Ekspertin fikrincə, Ermənistan Avrasiya İqtisadi İttifaqından uzaqlaşarsa, Avropa İttifaqına da qəbul olunmazsa, ölkə başqa geosiyasi məkana düşəcək:

“Əgər Avrasiya İttifaqının üzvü ola bilmirsənsə, Avropa İttifaqına yolun da bağlıdırsa, Ermənistan harada qalır? Ermənistan türk dünyasında qalır”.

Matevosyan bildirib ki, Ermənistan hakimiyyətinin real vektoru Türkiyə istiqamətinə yönəlib:

“Rusiyada başa düşməlidirlər ki, Ermənistanı rusiyayönlü inteqrasiya birliklərindən Avropa İttifaqına yox, Türkiyəyə, türk dünyasına aparırlar. Avropa isə sadəcə bunu maliyyələşdirir”. /konkret.az/


MANŞET XƏBƏRLƏRİ