Bu gün Tovuz Rayon Məhkəməsində Gənc Qazilər İctimai Birliyinin sədri Hacı Vəliyev haqqında hökm çıxarılıb.
Turkustan.az-ın xəbərinə görə, məhkəmə gözdən əlil qaziyə2 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin edib.
Qeyd edək ki, Hacı Vəliyev xuliqanlıqda ittiham olunurdu.
O, sosial şəbəkələrdə daha çox qazilərin problemlərini işıqlandıran fəal kimi tanınıb. /Gununsesi.info/