Tehranda dəhşətli yanğın: 8 nəfər həyatını itirdi


İranın paytaxtı Tehranın qərbində yerləşən Arguvan Ticarət Mərkəzində dünən səhər saatlarında baş verən yanğın nəticəsində səkkiz nəfər ölüb.

Turkustan.az xəbər verir ki, İran dövlət televiziyası Şəhriyar rayonundakı Arguvan Ticarət Mərkəzində baş verən yanğınla bağlı təfərrüatlar verib.

Məlumata görə, yanğın nəticəsində 8 nəfər ölüb, 36 nəfər yaralanıb.

Hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam edir.

Yanğının səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib, lakin İnqilabın Baş Prokuroru Şəhriyar hadisə ilə bağlı araşdırma başlatdıqlarını açıqlayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ