Erməni şərhçi: “Ermənistan dövlətçiliyinin məhvi prosesi gedir”


Ermənistanda təkcə hibrid müharibə yox, dövlətçiliyin məhvinə yönəlmiş hibrid proses gedir.

Turkustan.az xəbər verir ki, bu fikirləri erməni şərhçi Arman Abovyan ölkədəki siyasi vəziyyəti dəyərləndirərkən bildirib.

Onun sözlərinə görə, paradoks ondadır ki, erməni xalqına və Ermənistan dövlətçiliyinə qarşı hibrid müharibəni “mifik ruslar” deyil, Emmanuel Makron, Kaya Kallas, Volodimir Zelenski və onlara bənzər Qərb siyasətçiləri aparırlar.

Şərhçi iddia edib ki, Ermənistan onların təsiri və Paşinyan tərəfdarlarının sevincli reaksiyası fonunda Rusiya ilə Avropa/ABŞ qarşıdurmasının meydanına çevrilir.

Onun fikrincə, bütün bunlar Nikol Paşinyanın siyasi kursu ilə müşayiət olunur və Türkiyə ilə Azərbaycan bundan məmnun qalır.

“Türklər və azərbaycanlılar niyə sevinməsinlər? Ermənistan hakimiyyəti təkcə İlham Əliyev və Ərdoğan qarşısında əyilmir, həm də Ermənistanı müqavimət imkanından məhrum etmək üçün şərait yaradır”, – deyə şərhçi bildirib.

O əlavə edib ki, Ukrayna və Moldovanın yaşadığı proses indi Ermənistana da tətbiq olunur. /konkret.az/


MANŞET XƏBƏRLƏRİ