Şahin Mustafayev İrəvanda VƏD verib? - İlginc İDDİA


“Ermənistan və Azərbaycan sərhəd delimitasiya komissiyalarının aprelin 29-da Ermənistanda keçirilən iclasında Azərbaycanın köməyi ilə Ermənistan məhsullarının Rusiyaya tədarükünə qoyulan məhdudiyyətlərin aradan qaldırılması üçün mümkün mexanizmlər müzakirə olunub”. Bu barədə "Hraparak" erməni nəşri öz mənbələrinə istinadla məlumat yayıb.

Qəzet yazır ki, Baş nazir Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin köməyi ilə Ermənistanın Rusiya bazarından asılılığını azaltmaq üçün variantları nəzərdən keçirir və danışıqların mövzularından biri Ermənistan məhsullarının Azərbaycan bazarında satılması imkanı olub. Nəşr iddia edir ki, bunun müqabilində Azərbaycan tərəfi siyasi güzəştlər gözləyə bilər.

Yada salaq ki, aprelin sonunda Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi və biznes nümayəndələrinin də daxil olduğu nümayəndə heyəti Ermənistanda səfərdə olub. “Cermuk” ətrafındakı vəziyyət də daxil olmaqla, müəyyən Ermənistan məhsullarına qoyulan məhdudiyyətlər fonunda tərəflər ticarət-iqtisadi əməkdaşlığın inkişafı və qarşılıqlı mal və xidmətlərin tədarükü məsələlərini də müzakirə ediblər.

Ermənistanın Rusiya bazarından asılılığının azalmasına Azərbaycan nə dərəcədə kömək edə bilər?

Prezidentliyə namizəd Elşad Musayev səs verib

Deputat Elşad Musayev Azərbaycan və Türkiyənin Ermənistan üçün Rusiyadan yeganə "xilas kəməri" olduğunu düşünür. Onun sözlərinə görə, buna nail olmaq üçün Türkiyə ilə quru sərhədlər açılmalı, Azərbaycanla yekun sülh sənədi imzalayaraq ticari əlaqələr hərtərəfli qurulmalıdır. Hazırda benzin və dizel ixrac etdiyimizi deyən E. Musayev gələcəkdə kənd təsərrüfatı, qida və tikinti malları göndərməyimizi də istisna etmir. "Ermənistan Avrasiya İqtisadi Birliyinə üzvdür. Biz qəbul etməliyik ki, bu təşkilata üzvlük Ermənistan iqtisadiyyatına qazandırır. Paralel olaraq Rusiya ilə ticarət dövriyyəsində artım var. Yəni Avropa İttifaqının siyasi və hərbi dəstəyinə baxmayaraq, Ermənistan iqtisadi cəhətdən Rusiyadan asılıdır. Ona görə də Avropaya arxayınlaşıb Rusiyadan iqtisadi asılılığı azaltması çətin olar. Azərbaycan və Türkiyə isə yaxındır, kömək edə bilər. Sadəcə, mərhələli şəkildə bu asılılıq azala bilər. Hər iki ölkə Ermənistan bazarında öz məhsullarını təqdim etmək potensialına malikdir. Bu gün elə qida məhsullarımız var ki, Gürcüstan və başqa ölkələrə ixrac olunur. Türkiyənin isə daha böyük imkanları var", - deputat belə hesab edir.

E.Musayevə görə, Rusiya Ermənistanı sıxışdıracaq. Onun gözləntisi budur ki, Paşinyanın seçkilərdə qələbəsi Ermənistanın Rusiyadan uzaqlaşma prosesini sürətləndirəcək. /musavat.com/


MANŞET XƏBƏRLƏRİ