Türkiyənin sabiq xarici işlər naziri, millət vəkili Mövlud Çavuşoğlunun qardaşı, iş adamı Aydın Çavuşoğluna silahlı hücum olub.
Turkustan.az xəbər verir ki, Aydın Çavuşoğlunu ofisində güllələyiblər.
Əməliyyat olunan Aydın Çavuşoğlu reanimasiyaya yerləşdirilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.
Qeyd edək ki, Aydın Çavuşoğlu Türkiyənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlunun və deputat Hasan Çavuşoğlunun qardaşıdır./APA
