ABŞ prezidenti Donald Tramp Hörmüz boğazında başlatdıqları "Azadlıq" əməliyyatının müvəqqəti olaraq dayandırıldığını, lakin blokadanın davam edəcəyini bildirib.
Turkustan.az xəbər verir ki, ABŞ Prezidenti Tramp özünün Truth Social hesabı vasitəsilə açıqlama verib. Tramp blokadanın davam edəcəyini, lakin Azadlıq Layihəsinin (gəmilərin Hörmüz boğazından keçməsi) müvəqqəti olaraq dayandırıldığını bildirib.
ABŞ prezidenti bildirib ki, "Pakistanın və digər ölkələrin xahişi ilə, İrana qarşı əməliyyatımızda əldə etdiyimiz böyük hərbi uğurlar və İran nümayəndələri ilə tam və yekun razılaşmaya nail olmaq istiqamətində əldə etdiyimiz əhəmiyyətli irəliləyişlər səbəbindən, müqavilənin yekunlaşdırılıb imzalanacağını görmək üçün blokada tam qüvvədə olduğu müddətdə Azadlıq Əməliyyatını müvəqqəti olaraq dayandırmaq barədə qarşılıqlı qərar qəbul etdik".
Aytən Yaşar/ Turkustan.az