Rusiya Zaporojyeni vurdu: 12 ölü, yaralıların sayı 37-yə çatdı


Ukraynanın sənaye şəhəri Zaporojyedə Rusiyanın hücumu nəticəsində yaralananların sayı 37 nəfərə çatıb, 12 nəfərin isə öldüyü bildirilir.

Turkustan.az xəbər verir ki, bu barədə Zaporojye OVA-nın rəhbəri İvan Fedorov Telegram-da açıqlama verib.

O bildirib ki, “düşmənin Zaporojyeyə hücumu nəticəsində yaralıların sayı 37-yə yüksəlib” və əlavə edib ki, insanlar həkimlərə müraciət etməyə davam edir. “Bütün yaralılara tibbi yardım göstərilir,” – deyə, Fedorov qeyd edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ