İran prezidenti Məsud Pezeşkiyan ABŞ-ın “güc siyasəti” və təzyiqlərinə münasibət bildirib.
Turkustan.az xəbər verir ki, o, X sosial şəbəkəsində etdiyi paylaşımda qeyd edib ki, “siyasət gücə endirildikdə nəticə xaos, zülm, ədalətsizlik və piratçılıq olur”.
Pezeşkiyan əlavə edib ki, İranın milli və dini dəyərlərinə görə etik olmayan güc boş və mənasızdır. Onun sözlərinə görə, “bu gün İran etik və məsuliyyətli gücü təmsil edir, qarşı tərəf isə nəzarətsiz və ehtiyatsız güc nümayiş etdirir”.
Digər tərəfdən, ABŞ prezidenti Donald Trump müxtəlif ölkələrə qarşı siyasətini “güc vasitəsilə sülh” prinsipi kimi xarakterizə edir.
Aytən Yaşar/ Turkustan.az