ABŞ Prezidenti Donald Trump İranla davam edən münaqişə ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Turkustan.az xəbər verir ki,Tramp bildirib ki, müharibə daha bir neçə həftə davam edə bilər və ABŞ qüvvələri bölgədə səkkiz İran sürət qayığını hədəfə alıb.
Xarici mediada yer alan xəbərlərə görə, Tramp İrana qarşı əməliyyatların hələ başa çatmadığını vurğulayaraq, münaqişənin “daha iki-üç həftə davam edə biləcəyini” deyib. Qeyd olunur ki, o, daha əvvəl də oxşar müddətlər səsləndirib və müharibənin gedişi ilə bağlı ziddiyyətli açıqlamalar verib.
ABŞ-ın İrana qarşı hərbi fəaliyyətinin əsasən Hörmüz boğazı ətrafında cəmləşdiyi bildirilir. Bölgədə ticarət gəmilərinə hücumlar və qarşılıqlı hərbi addımlar gərginliyi daha da yüksəldib.
Trampın açıqlamalarına uyğun olaraq, ABŞ qüvvələrinin İranın kiçik dəniz vasitələrini hədəf aldığı qeyd olunur. Xarici medianın məlumatına görə, ABŞ Hərbi Dəniz Qüvvələri bölgədə bir sıra İran sürət qayıqlarını zərərsizləşdirib.
Aytən Yaşar/ Turkustan.az