16 illik hakimiyyətini itirdi və xaricə köç başladı - ŞOK İDDİA


Macarıstanda Baş nazir Viktor Orbanın siyasi gələcəyi ilə bağlı müzakirələr fonunda ölkədə diqqətçəkən iddialar gündəmə gəlib.

Turkustan.az xəbər verir ki, The Guardian” qəzetinin məlumatına görə, Orbana yaxın bəzi şəxslərin aktivlərini sürətlə xaricə köçürməyə başladığı iddia olunur.

Hesabatda qeyd edilir ki, Orbanın 16 illik hakimiyyəti dövründə varlanan dairələr seçkilərdəki mümkün məğlubiyyətdən sonra sərvətlərini daha təhlükəsiz bölgələrə yönləndirməyə çalışır. İddialara əsasən, bu köçürmələr bəzən Vyanadan qalxan şəxsi təyyarələr vasitəsilə həyata keçirilir, eyni zamanda investisiyalar da xaricə çıxarılır.

Mənbələr bildirir ki, sözügedən vəsaitlərin bir hissəsi Səudiyyə Ərəbistanı, Oman və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrə yönləndirilir. Bəzi şəxslərin isə Avstraliya və Sinqapur kimi uzaq bazarlara üz tutduğu qeyd olunur.

Bundan əlavə, iddialara görə, bəzi yüksək vəzifəli şəxslər ABŞ-da iş və yaşayış imkanlarını da araşdırır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ