İran Silahlı Qüvvələrinin hərbi əməliyyatları idarə edən qurumu – Xatəm əl-Ənbiya Mərkəzi Qərargahı ABŞ-ın Hörmüz boğazındakı fəaliyyətləri ilə bağlı sərt xəbərdarlıq edib.
Turkustan.az xəbər verir ki, bəyanatda qeyd olunur ki, “əgər ABŞ ordusu bölgədə mühasirə və pirat xarakterli fəaliyyətlərini davam etdirərsə, güclü İran Silahlı Qüvvələrinin cavabı ilə üzləşəcək”. Həmçinin vurğulanıb ki, İran ordusu ölkənin suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün əvvəlki dövrlərlə müqayisədə daha güclü və hazırlıqlıdır.
Digər tərəfdən, açıqlamada İran Silahlı Qüvvələrinin bölgədə baş verən bütün “düşmən hərəkətlərini” yaxından izlədiyi bildirilib. Hörmüz boğazına nəzarətin qorunması və İrana qarşı mümkün hər hansı yeni hücuma sərt cavab verilməsi ilə bağlı qətiyyət bir daha ifadə olunub.
Aytən Yaşar/ Turkustan.az