Hakan Fidan: İsrail ekspansionizmi qlobal təhlükəsizliyi təhdid edir


Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalya Diplomatiya Forumunda açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, nazir bildirib: “Ümidimiz İranda daimi atəşkəs və sülhün təmin olunmasıdır. İsrailin ekspansionist siyasəti qlobal təhlükəsizliyi təhdid edir. Beynəlxalq ictimaiyyət buna son qoymalıdır”.

Fidan əlavə edib ki, “ədalətsiz beynəlxalq sistem mövcud böhranları həll etmək gücündə deyil, əksinə, onları təxirə salır və daha da dərinləşdirir”.

Nazir çıxışında vurğulayıb: “Heç bir coğrafiya diqqətdən kənarda qalmamalıdır. Əgər bu gün resursların ədalətli bölgüsü təmin edilməzsə, mövcud sistem yaxın 10 il ərzində daha dağıdıcı nəticələrə səbəb ola bilər”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ