ABŞ prezidenti Donald Trampla katolik dünyasının mənəvi lideri Papa XIV Leo arasında gərginlik davam edir.
Turkustan.az xəbər verir ki, müharibə əleyhinə açıqlamalarına görə Papanı tənqid edən və tənqid etməyə davam edən Tramp Papa Leonun İranın dünya üçün təhlükə yaratdığını başa düşməsinin çox vacib olduğunu söylədi.
Ağ Evin qarşısında jurnalistlərə danışan Tramp deyib: "Papa istədiyini deyə bilər və mən də onun istədiyini deməsini istəyirəm, amma mənim də razılaşmamaq hüququm var. Papa başa düşməlidir ki, bu, real dünyadır".
Tramp əvvəlki açıqlamasında həmçinin demişdi: "İran 42.000 tamamilə silahsız insanı öldürüb. İran nüvə silahına sahib ola bilməz. Əgər belədirsə, Roma Papasının olduğu İtaliya da daxil olmaqla, dünyanın hər bir ölkəsində problemlər yaranacaq. Roma Papası bunu başa düşməlidir. İran nüvə silahına sahib ola bilməz. Dünya böyük təhlükə altında olacaq".
Aytən Yaşar/ Turkustan.az