İsrailin Baş naziri Benyamin Netanyahu İranla bağlı açıqlama verib.
Turkustan.az xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ və İran arasında əldə edilən müvəqqəti atəşkəsə baxmayaraq, İrana hücumla hədələməkdə davam etdi.
Baş nazir Netanyahu yayımladığı video mesajda İran və Livana qarşı hücumlarla bağlı açıqlamalar verib.
Netanyahu hücum təhdidini davam etdirərək bildirib ki, "İrana qarşı hücumlarımız hələ bitməyib. Görüləsi daha çox işimiz var".
2025-ci ilin iyun ayında 12 günlük planlaşdırdıqları hücumlardan əvvəl İranın nüvə silahı istehsal etməyə çox yaxın olduğu iddiasını təkrarlayan Netanyahu, keçən il və 28 fevralda həyata keçirdikləri iki hücum olmasaydı, İranın "artıq nüvə silahına sahib olacağını" iddia etdi.
Aytən Yaşar/ Turkustan.az