ABŞ silahlı qüvvələri Hörmüz boğazında mina təmizləmə əməliyyatına başlayıb.
Turkustan.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandiri admiral Bred Kuper deyib.
“Bu gün yeni bir keçidin yaradılması prosesinə başladıq. Ticarətin sərbəst axınını asanlaşdırmaq üçün tezliklə təhlükəsiz marşrutun təmin olunması xəbərinibölüşəcəyik”, – deyə Kuper bildirib.
Bəyanata görə, “USS Frank E. Peterson” (DDG 121) və “USS Michael Murphy” (DDG 112) esminesləri Hörmüz boğazından keçib. İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən əvvəllər yerləşdirilən dəniz minalarından boğazı tamamilə təmizləmək üçün daha geniş missiya fəaliyyətə başlayıb. /Globalinfo.az/