Sülh danışıqları iflasa uğrayanda, baxın Tramp harada göründü!


ABŞ və İran arasında 1979-cu ildən bəri ilk birbaşa danışıqlar Pakistanın paytaxtı İslamabadda keçirildi, lakin 21 saatlıq vacib sammit razılığa gəlmədi.

Turkustan.az xəbər verir ki, iki tərəfin gedişindən sonra ABŞ prezidenti Donald Trampın Floridada keçirilən UFC tədbirinə qatılması diqqət çəkdi.

İslamabadda keçirilən danışıqlar zamanı tərəflər bir çox məsələləri müzakirə ediblər. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi bildirib ki, danışıqlarda Hörmüz boğazı, İranın nüvə proqramı, müharibə təzminatı, sanksiyaların ləğvi və hərbi əməliyyatların dayandırılması kimi vacib mövzular müzakirə olunub. Bekayi bildirib ki, "Bir çox məqamda razılıq əldə edilib, lakin iki vacib məsələdə fikir ayrılıqları yaranıb".

Danışıqları dayandıran əsas məsələlər Hörmüz boğazının statusu və ölkədən nüvə materiallarının çıxarılması idi. ABŞ İrandan nüvə silahı hazırlamamaq barədə aydın və uzunmüddətli öhdəlik tələb etsə də, Tehran bu tələbləri "həddindən artıq" adlandırdı və sanksiyaların və təhlükəsizlik zəmanətlərinin ləğvini istədi.

Sülh danışıqları iflasa uğrayanda, baxın Tramp harada göründü.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ