ABŞ Prezidenti Donald Tramp özünün "Truth social" sosial şəbəkəsində paylaşım edərək, dünyanın ən böyük boş tanker donanmasının Amerika sahillərinə doğru hərəkət etdiyini elan edib.
Turkustan.az xəbər verir ki, Tramp ABŞ-ın enerji resurslarının keyfiyyəti və həcmi ilə öyünərək, beynəlxalq neft bazarında "yeni eranın" başladığına işarə vurub. Prezidentin səs-küylü bəyanatının detalları:
Tramp ABŞ neftini və qazını dünyanın "ən yaxşısı" və "ən şirini" (kükürdsüz, yüksək keyfiyyətli neft nəzərdə tutulur) adlandırıb. O qeyd edib ki, dünyanın ən nəhəng tankerləri məhz bu yanacağı almaq üçün ABŞ limanlarına üz tutur.
"Bizdə olan neft ehtiyatı bizdən sonrakı iki ən böyük neft iqtisadiyyatının cəmindən daha çoxdur və bizimki daha keyfiyyətlidir", — deyə ABŞ lideri vurğulayıb.
Tramp beynəlxalq alıcılara müraciət edərək, ABŞ-ın sifarişləri "çox sürətlə" emal etməyə hazır olduğunu bildirib.
Analitiklər Trampın bu çıxışını İslamabadda davam edən ABŞ-İran danışıqları və Hörmüz boğazındakı blokada fonunda "strateji həmlə" kimi qiymətləndirirlər. Tramp bununla dünyaya göstərir ki, Yaxın Şərq nefti təhlükədə olsa da, ABŞ bütün dünyanın enerji ehtiyacını təkbaşına qarşılamağa qadirdir. /Musavat.com/