Rza Arif ABŞ-la anlaşma üçün Tehranın şərtlərini açıqladı


Əgər Vaşinqton "Öncə İsrail" prinsipini rəhbər tutarsa, İran ABŞ ilə razılığa gələ bilməyəcək.

Turkustan.az xəbər verir ki, bu barədə İranın vitse-prezidenti Məhəmməd Rza Arif X sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Əgər biz İslamabadda "Öncə Amerika" ("America first", Donald Tramp komandasının siyasi şüarı - red.) nümayəndələri ilə danışıqlar aparsaq, ehtimal ki, hər iki tərəf və dünya üçün sərfəli olan razılıq əldə edə biləcəyik. Lakin biz "Öncə İsrail" tezisi ilə qarşılaşsaq, sövdələşmə olmayacaq; biz qaçılmaz olaraq müdafiəmizi əvvəlkindən daha qətiyyətlə davam etdirəcəyik və dünya böyük itkilərlə üzləşəcək", - M.Arif qeyd edib. /axar.az/


MANŞET XƏBƏRLƏRİ