“İslam Respublikasında ənənəvi mənada “danışıqlar heyəti” mövcud deyil. Xaricə göndərilən nümayəndələr diplomatik danışıqlardan daha çox “yumşaq müharibə” və “diplomatik meydanda mübarizə” məqsədi daşıyır”.
Turkustan.az xəbər verir ki, bunu İran parlamentinin sədr müavini Həmidreza Hacıbabayi deyib.
O, bu şəxslərin əsas hədəfinin BMT çərçivəsində ABŞ-ın “təslim vəziyyətinə gətirilməsi” olduğunu iddia edib və bunun xaricində hər hansı nəticənin qəbul edilməyəcəyini vurğulayıb.
“Bizim danışıqlarımız eyni zamanda mübarizəmizdir. ABŞ və İsrail İranla müharibə aparır. Bu qarşıdurma yalnız ABŞ-ın təslim olması ilə sona çatacaq”, – deyə Həmidreza Hacıbabayi əlavə edib./Globalinfo.az