İran-ABŞ danışıqları: İlk gün nəticəsiz yekunlaşdı


İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında keçirilən danışıqların ilk günü 14 saatlıq intensiv məsləhətləşmələrdən sonra başa çatıb.

Turkustan.az xəbər verir ki, bu barədə İslam Respublikası hökumətinin mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.

"Pakistanın vasitəçiliyi ilə İran və Amerika nümayəndə heyətlərinin danışıqları 14 saatdan sonra başa çatıb və hazırda hər iki tərəfin texniki qrupları ekspert mətnlərinin mübadiləsini aparır. Mövcud fikir ayrılıqlarına baxmayaraq, danışıqlar prosesi davam etdiriləcək", - deyə paylaşımda bildirilib.

"Tasnim" agentliyinin məlumatına görə, tərəflər bazar günü Pakistanın danışıqları davam etdirmək təşəbbüsünü təsdiqləyiblər./modern.az


MANŞET XƏBƏRLƏRİ