Putinin elan etdiyi Pasxa atəşkəsi qüvvəyə mindi


Rusiya Prezidenti Vladimir Putinin Pasxa bayramı ilə əlaqədar elan etdiyi atəşkəs qüvvəyə minib.

Turkustan.az xəbər verir ki, atəşkəs aprelin 11-i Moskva vaxtı ilə saat 16:00-dan başlayıb və 12 aprel gününün sonuna qədər davam edəcək.

Qeyd edək ki, Putin aprelin 9-da bu barədə qərar qəbul edib. O, Rusiya müdafiə naziri Andrey Belousov və Baş Qərargah rəisi Valeri Gerasimova qeyd olunan müddət ərzində bütün istiqamətlərdə hərbi əməliyyatların dayandırılması barədə göstəriş verib. /modern.az/


MANŞET XƏBƏRLƏRİ