Avropa ölkələri Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təkbaşına təmin etməyə borclu deyil, çünki təhlükəsizlik sahəsində dəstək qarşılıqlı olmalıdır.
Turkustan.az xəbər verir ki, bu sözləri Avropa Birliyinin baş diplomatı Kaya Kallas CNN-ə müsahibəsində ABŞ və Fars körfəzi ölkələrinin Avropanın Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsində kifayət qədər fəal olmaması ilə bağlı tənqidlərinə cavab verərkən deyib.
O qeyd edib ki, təhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlıq ikitərəfli olmalıdır:
“Fars körfəzi ölkələri Ukraynadakı müharibənin sülh yolu ilə həllində kifayət qədər iştirak etməyiblər. Biz Fars körfəzi ölkələrinin Rusiya məsələsində bizə kömək etdiyini görmədik, bu, birtərəfli hərəkət ola bilməz”. /axar.az/