İranın keçmiş şahının oğlu Rza Pəhləvi ölkə əhalisinin uyğun vaxtda hakimiyyətə qarşı üsyan qaldıra biləcəyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, bunu o, sosial mediada yazıb.
Pəhləvi qeyd edib ki, üsyan dərhal baş verməsə də, qaçılmazdır və uyğun vaxtda baş verəcək.
Qeyd edək ki, keçmiş şahzadə bundan əvvəl də İran hakimiyyətinə təzyiqin artırılmasına çağıran sərt bəyanatlar verib. Pəhləvinin sözlərinə görə, beynəlxalq müdaxilənin vacibliyini vurğulayan ölkələr İranda hakimiyyət əleyhinə mitinqlərə qoşulmalıdır./teleqraf