Tarixi görüş: Tayvanın əsas müxalifət lideri Çin lideri ilə görüşdü


Tayvanın əsas müxalifəti olan Çin Milliyyətçi Partiyasının (Koumintang/KMT) lideri Çenq Li-vun Çinin materik hissəsinə səfəri zamanı Prezident Si Cinpinlə görüşüb.

Turkustan.az xəbər verir ki, Xinhua agentliyinin məlumatına görə, Si Cinpin Pekində Çenqi qəbul edib. Bu, son 10 ildə Kuomintang liderinin Çinə ilk səfəri kimi qeydə alınıb.

Görüşdə Si Cinpin Tayvan məsələsinə toxunaraq Çinin “yenidən birləşməsini” tarixi bir zərurət kimi qiymətləndirib və bu prosesin dəyişməyəcəyini bildirib. O, Tayvan boğazının hər iki tərəfində yaşayan insanların sülh, inkişaf və əməkdaşlığa ehtiyac duyduğunu vurğulayıb.

Si həmçinin Tayvan xalqını Çinə səfərə, gəncləri isə materikdə təhsil və karyera qurmağa dəvət edib. O, “Tayvanın müstəqilliyi” ideyasını boğazda gərginliyin əsas səbəbi kimi göstərərək, bütün tərəfləri bu ideyaya və xarici müdaxiləyə qarşı çıxmağa çağırıb.

Çin ve Tayvan arasında tarihi temas

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ