ABŞ-ın vitse-prezidenti JD Vens Pakistana səfəri ərəfəsində İranla aparılacaq danışıqlardan müsbət nəticə gözlədiyini bildirib.
Turkustan.az xəbər verir ki, qeyd edib ki, əgər İran danışıqlara xoş niyyətlə yanaşarsa, ABŞ əməkdaşlığa hazırdır: “Əgər İran xoş niyyətlə danışıqlar aparmaq istəyirsə, biz əlimizi uzadacağıq. Əgər onlar bizimlə oyun oynamaq istəyirlərsə, bu, yaxşı nəticə verməyəcək”.
İranla atəşkəs rejiminin müzakirəsi məqsədilə Pakistana gedən Vance sabah İslamabadda başlayacaq görüşlərdən ümidli olduğunu vurğulayıb.
Danışıqları səbirsizliklə gözlədiyini deyən vitse-prezident əlavə edib ki, ABŞ prezidenti Donald Tramp bu proseslə bağlı onlara aydın təlimatlar verib.
Aytən Yaşar/ Turkustan.az