Şengen vizası almaq istəyənlərin NƏZƏRİNƏ: Bu gündən yeni qayda tətbiq edilir


Avropa İttifaqı bu gündən etibarən Şengen zonası sərhədlərində üçüncü ölkə vətəndaşları üçün yeni elektron giriş-çıxış sistemi (EES) tətbiq edəcək.

Turkustan.az “Euronews”a istinadən xəbər verir ki, yeni sistem Aİ sərhəd təhlükəsizliyi və immiqrasiya sistemlərini modernləşdirmək, eləcə də cinayətkarlığı və fırıldaqçılığı azaltmaq üçün tətbiq edilib.

Məlumata görə, yeni sistemlə 29 ölkədən hər hansı birinə ilk dəfə daxil olduqda üz şəkli və barmaq izləri kimi biometrik məlumatlar toplanacaq və üç il saxlanılacaq.

Bu məlumatların təqdim edilməməsi avtomatik olaraq girişin rədd edilməsi ilə nəticələnəcək./publika.az


MANŞET XƏBƏRLƏRİ