İranı kim idarə edir? - Xamenei, Vəhidi, Qalibaf, Pezeşkian...


“İranın Ali Rəhbərinin komada olması ilə bağlı fərziyyələr, fikrimcə, əsassızdır. Bunlar əsasən Müctəba Xameneinin ictimaiyyət arasında görünməməsinə əsaslanır. Həm də bu, daha çox İsrailin əvvəlki lideri öldürməsindən dərs çıxarılması və yeni lideri sui-qəsddən qorunması anlamına gəlir. Ali Rəhbərin öldürülməsi ölkənin vəziyyətinə ölümcül təsir göstərməsə də, ardıcıl ikinci rəhbərin ölümü yalnız ictimai rəyə güclü təsir göstərməyəcək. Bu, bütün hakimiyyət sistemini kökündən sarsıda bilər”.

Turkustan.az Interfax-a istinadla xəbər verir ki, bunu Rusiya Strategiyalar və Texnologiyaların Təhlili Mərkəzinin aparıcı tədqiqatçısı Yuri Lyamin bildirib.

O, fikrinin davamında əlavə edib: “Bəlkə də, Ali Rəhbərin səhhətinin kritik olması ilə bağlı qəsdən yayılan şayiələr də buna görədir. Fikrimcə, bütün bunlar zərbəni dəf etmək zərurəti ilə izah olunur. Bu fərziyyəni ölkə rəhbərliyin digər hörmətli üzvünün – İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK – “Sepah”) baş komandanı Əhmədi Vəhidinin ictimaiyyət qarşısında olmaması da dəstəkləyir. Vəhidi böyük hərbi və siyasi təsirə malikdir, İİKK rəhbərliyini öz üzərinə götürməzdən əvvəl müdafiə və daxili işlər naziri vəzifələrində çalışıb. Onun ictimaiyyət qarşısına çıxmaması da göstərir ki, Müctəba Xamenei kimi dağların dərinliklərində gizlənir”.

Y.Lyamin “Sepah”ın İranda çevriliş etdiyinə dair iddianı təkzib edib:

“Əlbəttə, korpusun təsiri çox artıb. Lakin yanvar hadisələrindən sonra. Hərbi şəraitdə isə təsirin artması ikiqat başa düşüləndir. Buna baxmayaraq, bəzilərinin dediyi kimi, “Sepah”ın digər rəhbərləri hakimiyyətdən tam uzaqlaşdırdığını deməzdim.

Nəzərə almaq vacibdir ki, İranda elitalar seçkilərdən sonra daim dəyişir. Bəzən bir fraksiya, bəzən digəri hakimiyyətə gəlir. Bu, əvvəlki Ali Liderin dövründə də belə idi.

Ölkəyə rəhbərlik əsasən kollegial idi, yəni elita daxili rəqabətin qarşısını almaq üçün ortaq bir fikir formalaşdırmağa çalışır. Bu, həmişə sistemin sabitliyini qoruyub saxlayıb.

Hazırda ölkənin aparıcı ictimai xadimlərindən biri parlament sədri Məhəmməd Bağır Qalibafdır. Sözsüz ki, İran Prezidenti Məsud Pezeşkian da publik siyasi xadimdir. Onun rolu hazırda ən vacib olmasa da, mülki administrasiyaya rəhbərlik etdiyi üçün ölkənin inkişaf kursunun müəyyənləşdirilməsində təsirə malikdir.

Beləliklə, dini və siyasi elita hələ də ölkədə müəyyən nüfuzunu saxlayır. Sadəcə, şəraitə görə, o, İİKK ilə müqayisədə nəzərəçarpacaq dərəcədə zəifləyib”. /Yeni Sabah/


MANŞET XƏBƏRLƏRİ