İran Hörmüz boğazında inqilaba hazırlaşır! Yalnız bunu edənlər oradan keçə biləcəklər


İran dövlət televiziyasında yayımlanan proqramda çıxış edən İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının rəhbəri İbrahim Əzizi Hörmüz boğazı ilə bağlı hazırlanan qanun layihəsinə münasibət bildirib.

Turkustan.az xəbər verir ki, o qeyd edib ki, parlamentin hazırladığı layihəyə əsasən, Hörmüz boğazından keçən gəmilər üçün tətbiq olunacaq tranzit rüsumları İranın milli valyutası – rial ilə ödənilməlidir.

Əzizi bununla bağlı yayılan bəzi iddialara da aydınlıq gətirib. Belə ki, ABŞ mediasında İranın tranzit haqlarını kriptovalyuta və ya Çin yuanı ilə topladığı, bunun isə sanksiyalardan yayınmağa imkan yaratdığı bildirilirdi.

Digər tərəfdən, Hörmüz boğazı ilə bağlı məsələ beynəlxalq müstəvidə də müzakirə olunur və təxminən 20 ölkə bu mövzu ətrafında danışıqlara cəlb edilib.

Fransanın müdafiə naziri Ketrin Votrin isə bildirib ki, Prezident Emmanuel Makron münaqişənin ilk günündən etibarən dəniz naviqasiyasının azadlığının qorunmasının vacibliyini vurğulayır. Onun sözlərinə görə, problemin həlli üçün diplomatik yollar üstün tutulmalı və bütün aidiyyəti tərəflərlə danışıqlar aparılmalıdır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ